Alkoqolizmin əqrəb zəhəri  ilə müalicəsi
28 iyul 2022 07:38 (UTC +04:00)

Alkoqolizmin əqrəb zəhəri ilə müalicəsi

Alimlər əqrəb zəhərindən körpələrin müalicəsi üçün dərman hazırlayırlar.  

Lent.az xəbər verir ki,  əqrəblər insanlar üçün çox təhlükəli canlı hesab edilir. Lakin tədqiqatçılar bu yaxınlarda aşkar ediblər ki , əqrəb zəhərindən hazırlanan dərman ana bətnində alkoqolun zərərli təsirinə məruz qalmış uşaqların müaəlicəsinə kömək edə bilər. 

Yapon həkimlərin fikrincə, embrional alkoqol zəhərlənməsi olan uşaqlarda rast gəlinən qavrama, koqnitiv və intellektual çatışmazlıqları bu yolla aradan qaldırmaq mümkündür. Hər il dünyada bu patologiya ilə 119 min uşaq doğulur. 

Alimlərin fikrincə bu dərman neyroinkişaf problemlərini həll etməklə həkimlərə yaxından kömək olacaq.
 

# 3372
avatar

Oxşar yazılar