Belçikada sürət rejiminin pozulması ilə bağlı rekord müəyyən edilib.
Lent.az-ın Belçika saytlarına istinadla xəbərinə görə, naməlum avtomobil 90 km/saat sürət limiti olan ərazidə 320 km/saat sürətlə radara düşüb.
Lakin polis bu ciddi qayda pozuntusunu törədən şəxslə bağlı heç bir tədbir görməyib. Polisin açıqlamasında göstərilir ki, ölkədəki radarlar 300 km/saatadək sürəti ölçməyə hesablanıb. Bu limitdən yuxarı sürəti qəbul etmək qanunsuzdur.
Sürücüyə cərimə də tətbiq etmək mümkün olmayıb. Çünki radar yalnız sürəti qeydə alıb. Heç bir foto çəkilməyib.