2022-ci ilin   ən yaxşı cihazları –  SİYAHI
24 dekabr 2022 12:23 (UTC +04:00)

2022-ci ilin ən yaxşı cihazları – SİYAHI

2022-ci ilin ən yaxşı cihazlarının siyahısını paylaşıblar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ilin ən yaxşı telefonu “iPhone 14 Pro Max” seçilib.

Ətrafdakı aktiv səs-küyü keçirməyən və rahatlığı ilə “Bose QuietComfort II” qulaqcıqları da ilklər sırasındadır.

“Samsung Galaxy S8 Plus” super “AMOLED” 4K displey, stilus dəstəyi və 256 GB daxili yaddaşa görə ən yaxşı planşet seçilib.

İlin noutbuku “MacBook Air M2”, smart prizi “Kasa Mini”, smart saatı “Apple Watch Ultra”, televizoru “Samsung Neo QLED 8K QN800B TV”, smart kilidi “Yale Assure Lock 2” və ən yaxşı oyun klaviaturası “Wooting 60HE Gaming Keyboard” təyin olunub.

Bundan əvvəl  ilin ən pis smartfonlarını açıqlamışdılar. Onların arasında “Samsung Galaxy” cihazları, “Google Pixel 6” və “BlackBerry” telefonları olub.

# 2829
avatar

Sevinc Fərid

Oxşar yazılar