Qrenlandiyaya presedent:   Danimarka 100 il əvvəl ABŞ-a öz adalarını niyə satdı? - TARİX
26 fevral 2025 20:15 (UTC +04:00)

Qrenlandiyaya presedent:  Danimarka 100 il əvvəl ABŞ-a öz adalarını niyə satdı? - TARİX

ABŞ-da prezident seçkilərində Donald Tramp qələbə qazandıqdan sonra rəsmi Vaşinqtonun Danimarkaya məxsus Qrenlandiya adasını almağı planlaşdırdığını və hətta bunun üçün güc tətbiq etməyi istisna etmədiyi barədə açıqlamalar verdi. Danimarka və Avropa İttifaqı rəhbərliyini narahat edən bu açıqlamaların ardınca, Maraqlıdır ki, bundan əvvəl iki tərəf arasında bu mövzuda müqavilə imzalanıb. 

Lent.az bu mövzuda yazını təqdim edir. 

Danimarkanın Vest İndiyadakı (Karib dənizi hövzəsi) müstəmləkə fəaliyyəti öz tarixini XVII əsrə, Hollandiyanın icazəsi ilə danimarkalıların bölgədə ticarətə başladığı vaxta aparır. Karib dənizində tamhüquqlu koloniyanın yaradılmasına mane olan çoxlu problemlərdən sonra 1672-ci ildə danimarkalı kolonistlər gəmi ilə Karib dənizində yerləşən Müqəddəs Tom adasına gəldilər və onlar Fort Kristian qalasını qurdular. Vaxt keçdikcə köçənlərin sayı artdı, müstəmləkə regionun paytaxtı – Şarlotta-Amaliya (hələ də adaların paytaxtıdır) və Afrikadan plantasiyalarda işləməsi üçün kütləvi şəkildə qullar gətirilməyə başlandı. 1759-cu ildə həmin qullar üsyan qaldırdılar, lakin həmin üsyan yatırıldı və adadakı şəkər ticarəti sayəsində Danimarka kralı bütün 18-ci əsr boyu zənginləşdi və hətta qonşu adaları (Santa-Kruz, Sent-Con John və s.) satın aldı.

Danimarkanın qüdrətinin zəifləməsi ilə bu adalar da siyasi oyunlarda sövdələşmə vasitəsinə çevrildi. Napoleon müharibələri zamanı ingilislər adaları müvəqqəti işğal etdilər və onlar 1820-ci illərdə danimarkalılar adanın iqtisadi potensialını tez bir zamanda bərpa etdilər. 1864-cü ildə Danimarka Prussiya ilə müharibədə məğlub olduqdan sonra tarixi torpaqları - Şlezviqdən və Cənubi Yutlandiyanı əldə saxlamaq müqabilində bütün Vircin adaları və İslandiyanı prussiyalılara təhvil verilməyə hazır idi. Amma prussiyalılar bu təklifi qətiyyətlə geri çevirdilər. Bir il sonra ABŞ Prezidenti Avraam Linkoln adalar üçün 7,5 milyon dollar təklif edərək (Rusiya sonradan Alyaskanı amerikalılara demək olar ki, eyni məbləğə satdı) adaları almaq arzusunu bildirdi. Bir neçə il Danimarka hökuməti adaların satılıb-satılmaması ilə bağlı müzakirələr apardı, 1867-ci ilə qədər onlar təklifə razı idi. Lakin bu dəfə ABŞ-ın yeni prezidenti Uliss Qrant həmin təklifə qəti şəkildə rədd cavabı verdi. 1878-ci ildə yerli əhali üsyan etməyə çalışdı, lakin danimarkalılar koloniyanı pulsuz buraxmaq fikrində deyildilər və iğtişaşları yatırtdılar.

1902-ci ildə adaların satın alınması ilə bağlı danışıqlar yenidən başladı və amerikalılar həmin adalar üçün 5 milyon dollar təklif etdilər. Ancaq danışıqlar tez bir zamanda sona çatdı və yalnız Birinci Dünya Müharibəsinin başlaması ilə, Almaniya tərəfindən müdafiə olunmayan adaların işğalı Panama kanalına və Karib hövzəsinə yol açması riski danışıqları yenidən aktuallaşdırdı. Amerikalılar tez bir zamanda razılaşmanın nə qədər vacib olduğunu anladılar və 17 yanvar 1917-ci ildə onlar üçün 25 milyon dollar (87 milyon Danimarka kronu) ödədilər. Həmin vəsait Danimarkanın o vaxtkı 1,5 illik büdcəsinə bərabər idi.

Həmin vaxtdan Danimarkanın Vest-İnd adaları Amerika Virgin adaları adlanaraq Birləşmiş Ştatların nəzarətinə keçdi. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856

Oxşar yazılar