Zəli ilə peyvəndi bədəndən sovurmaq olarmı? - Professor  AÇIQLADI
14 sentyabr 2021 15:45 (UTC +04:00)

Zəli ilə peyvəndi bədəndən sovurmaq olarmı? - Professor AÇIQLADI

Türkiyədə tibb bacısının “Twitter” üzərindən etdiyi paylaşım müzakirələrə səbəb olub.

Lent.az-ın ölkə mediasına istinadən verdiyi xəbərə görə, tibb bacısı bildirib ki, peyvəndlənəndən sonra vətəndaşlardan biri bədənindən peyvəndi təmizləmək üçün qoluna zəli yapışdırıb.

Bu barədə açıqlama verən professor Güner Sönmez bildirib ki, peyvəndi bədəndən çıxarmaq üçün zəlidən, hacamatdan və bir çox üsullardan istifadə edilir:

“Peyvəndi bu cür formada bədəndən çıxarmaq mümkün deyil. İzləyicilərimdən biri bu barədə mənə bildirmişdi. O demişdi ki, bir nəfər yüksək məbləğ qarşılığında peyvəndin bədəndən çıxması üçün qarışıq hazırlayır. Bunların hamısı pul tələsidir”.

Professor əlavə edib ki, peyvəndin təsirini azaltmaq belə mümkün deyil:

“Bu cür şeylərlə özünüzü ancaq aldada bilərsiniz”.

# 2451
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar