Zəhərlənən lisey şagirdləri evə buraxıldı-YENİLƏNİB
06 aprel 2023 22:42 (UTC +04:00)

Zəhərlənən lisey şagirdləri evə buraxıldı-YENİLƏNİB

Aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin qidadan özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım briqadası tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən 6 şagirdi müvafiq müayinə və müalicə prosedurundan sonra evə buraxılıb.

Bu barədə Lent.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
 

***

13.47

20 nömrəli məktəbdəki zəhərlənmə ilə bağlı Bakı şəhər Təhsil İdarəsi açıqlama yayıb.

BŞTİ-dən Lent.az-a verilən məlumata görə, aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub.

Məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.

Həmçinin məktəb rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verilib. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC-dir. İaşə xidməti göstərən qeyd olunan şirkətin fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən müvafiq nəzarət olunur.

***

13:41

Bakıda məktəbdə kütləvi zəhərlənmə olub.

Lent.az-ın xəbərinə görə, hadisə paytaxtın Yasamal rayonunda yerləşən, A.Hüseynzadə adına 20 nömrəli məktəbdə qeydə alınıb.

Məktəb işçilərinin sözlərinə görə, şagirdlər arasında olan kütləvi zəhərlənmə bufetin özel şirkətlə müvafiq razılaşması əsasında hazırlanan qidalarla bağlıdır.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7968
avatar

Fidan İlqar

Oxşar yazılar