Zaur Əliyevə yeni vəzifə verildi
07 aprel 2026 20:25 (UTC +04:00)

Zaur Əliyevə yeni vəzifə verildi

0

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri Zaur Əliyev bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, bu ilin mart ayının 19-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.

Qeyd edək ki, bu barədə ilk məlumatı Bakupost.az saytı paylaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar