Yetişməmiş meyvələri yeməyin, yüksək hərarətə səbəb olur -  AÇIQLAMA
30 may 2021 07:11 (UTC +04:00)

Yetişməmiş meyvələri yeməyin, yüksək hərarətə səbəb olur - AÇIQLAMA

“Bütün meyvə tərəvəzlər öz mövsümündə yeyilməlidir. Bəzən, vaxtından tez meyvə-tərəvəzləri dərirlər. Bu da insan sağlamlığı üçün ziyandır”. 

Bu fikirləri Lent.az-a açıqlamasında Qida texnoloqu Ağa Salamov bildirib. 

Qida texnoloqu Ağa Salamov

“Yetişməmiş meyvələri yemək çox vaxt insanda yüksək hərarətə səbəb olur. Meyvə yetişəndə daha bol vitaminli olur. Ona görə tam yetişməmiş meyvəni yeməyi məsləhət görmürəm”. 

Ağa Salamov meyvə-tərəvəzləri yumurta qoyan həşarat və yabanı otlardan qorumaq üçün "pedist" adlı dərman vaistəsindən istifadə olunduğunu qeyd edir: 

“Bu dərman vaistəsi meyvə və giləmeyvələrdə istifadə olunur, kimyəvi tərkibə malikdir. Meyvə-tərəvəzə təbii gübrə verilməlidir. O zaman məhsulda nitratın səviyyəsi az olur. Amma süni gübrələrdən və "pedsitl"ərdən çox istifadə olunanda məhsulda nitratın səviyyəsi yüksək olur. Nitrat bitkilərin yetişməsini sürətləndirən kimyəvi maddədir. Özlüyündə zərərli olmayan bu maddələr orqanizmə çox miqdarda düşdükdə, bağırsaq mikrobiotası tərəfindən fermentasiya olunaraq çox təhlükəli nitritlərə çevrilir. Bunlar qanda hemoqlobini methemoqlobinə çevirir və toxumaların oksigenlə təchizatını əngəlləyir. Eyni zamanda, nitritlər həzm traktında güclü kanserogen olan nitrozaminlərə çevrilir”.

Ağa Salamov bildirir ki, bu cür məhsulları istehlak etmək insan sağlamlığı üçün ziyandır. 

"Tam yetişmiş qarpız seçmək istəyəndə saplağı quru olan, əlləri qarpıza vuranda şüşə səsi eşidiləndə artıq bu keyfiyyətli, tam yetişmiş qarpız deməkdir". 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2475
avatar

Nigar Adil

Oxşar yazılar