Yerə güclü  maqnit qasırğası   yaxınlaşır -  təhlükəli tarixlər   AÇIQLANDI
19 mart 2024 22:39 (UTC +04:00)

Yerə güclü maqnit qasırğası yaxınlaşır - təhlükəli tarixlər AÇIQLANDI

Ekspertlərin məlumatına görə, martın 17-də Qrinviç vaxtı ilə saat 01:00-da Günəşdə iki tac kütləsinin atılmasına səbəb olan püskürmə baş verib: biri cənub-şərq istiqamətində, digəri isə cənub-qərbdə.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Kosmik Havanın Proqnozlaşdırılması Mərkəzinin (SWPC) mütəxəssisləri püskürmələrin Yerə doğru trayektoriyada olduğunu və martın 20-də və 21-nin başlanğıcında təkrar afterşoka çatacağını iddia edirlər.

Proqnozlar göstərir ki, Yerin geomaqnit sahəsi martın 20-nin birinci yarısında sabit qalacaq. Lakin martın 20-nin sonrakı saatlarında aktiv fazalar və G1 kateqoriyalı maqnit qasırğası ehtimalı var.

# 3276
avatar

Oxşar yazılar