Yeni qərarla immunitet sertifikatı neçə günə veriləcək? - CAVAB
26 yanvar 2022 15:57 (UTC +04:00)

Yeni qərarla immunitet sertifikatı neçə günə veriləcək? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzu immunitet sertifikatının neçə günə verilməsi ilə bağlıdır. 

PCR testi pozitiv çıxan şəxstər immunitet sertifikatı əldə edə bilərlər.

Bəs, həmin sertifikatlar neçə günə verilir?

Lent.az-ın bu sualı Səhiyyə Nazirliyi tərəfindən cavablandırılıb. 

Qeyd olunub ki, COVID-19 xəstəliyini keçirmiş, bununla bağlı PCR testinin nəticəsi pozitiv çıxmış və rəsmi qeydiyyata düşmüş şəxslər 7 gündən sonra immunitet sertifikatı əldə edə bilərlər. 

Sertifikatın qüvvədə olma müddəti 6 aydır. Bu müddət bitəndən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda sertifikatın qüvvədə olması müddətsiz olaraq uzadılır.

Xatırladaq ki,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli 28 nömrəli Qərarına əsasən SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti ölkəmizdə 14 gündən 7 günə azaldılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3009
avatar

Aytəkin Cəlali

Oxşar yazılar