Prezident İlham Əliyevin sərəncamı ilə Məcnun Qadir oğlu Məmmədov kənd təsərrüfatı naziri təyin edilib.
Bəs, Məcnun Məmmədov kimdir?
Lent.az xəbər verir ki, Məcnun Məmmədov bundan əvvəl bank sektorunda direktor vəzifəsində çalışıb.
Belə ki, “PASHA Holding” MMC-nin Abşeronda zeytun və badam bağları salan “Grand-Agro” MMC-nin direktoru vəzifəsində işləyib.
O, bu vəzifədə Tofiq Həmidovu əvəzləyib.
“PMD”dən tanıdığımız Məcnun Məmmədov holdinqin bağçılıq üzrə biznesində önəmli layihələri idarə edib. O, həmçinin “Agro Food Investment” MMC-nin direktorudur. Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb.
M.Məmmədov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Daha sonra Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsilini davam etdirib.