"İki həftəlik “Yay məktəbi” bitdikdən sonra müddətin yenidən uzadılması nəzərdə tutulmayıb".
Lent.az məlumat verir ki, bu sözləri Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib. O bildirib ki, açıq havada və ya məktəbin həyətində dərs keçmək yaxşı ideyadır:
"Lakin məktəbdənkənar ərazilərdə bunu təşkil etmək düzgün deyil”.
V.Yaqublu qeyd edib ki, "Yay məktəbi"ndə bir dərs müddəti 45 dəqiqə olacaq:
"Tədris vahid proqram əsasında aparılmayacaq və şagirdlərin məktəbli formasında olması tələb edilməyəcək".