Yaxşı yuxuya  zəmanət verən   10-3-2-1-0 üsulu – Ekspertlərdən sirr
03 mart 2024 16:07 (UTC +04:00)

Yaxşı yuxuya zəmanət verən 10-3-2-1-0 üsulu – Ekspertlərdən sirr

Müasir dünyada insanların çoxu kifayət qədər yata bilmir, yuxu pozğunluğundan əziyyət çəkir, tez-tez oyanır və ya uzun müddət yuxuya gedə bilmir. Bu vəziyyət stress və narahatlıqla daha da ağırlaşa bilər. Ancaq vəziyyətin öz axarı ilə getməsinə imkan verməməliyik, çünki sağlamlığımız və rifahımız birbaşa yuxunun keyfiyyətindən asılıdır.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, məsələni araşdıran elm adamları sizə asanlıqla yuxuya getməyə və bir neçə saat keyfiyyətli yuxu saxlamağa kömək edən effektiv strategiyalar təklif ediblər.

Yuxusuzluq və narahat yuxu ilə mübarizə aparanlar üçün həkim Cess Andrade 10-3-2-1-0 üsulunu təklif edir:

10 - Yatmazdan təxminən 10 saat əvvəl kofein içməyi dayandırın. Həkim vurğulayır ki, “kofein bədəndən təxminən 10 saat ərzində xaric olur və onun təsirinin aradan qaldırılması stimullaşdırıcı təsirin aradan qaldırılmasına kömək edir”.

3 - yatmazdan üç saat əvvəl həddindən artıq yemək və alkoqoldan çəkinmək tövsiyə olunur. Ekspertlərə görə, gec şa və ya səyi yemək və spirtli içki içmək yuxunu poza bilər, ona görə də porsiyaya nəzarət və yatmazdan əvvəl yemək seçimi vacibdir.

2 - yatmazdan son iki saat əvvəl həkim beyninizi rahatlamağa, ertəsi gün tapşırıqları yazmağa və zehninizi dincəlməyə vaxt ayırmağı məsləhət görür.

1 - yatmazdan bir saat əvvəl elektronikanın istifadəsi məhdudlaşdırılmalıdır, çünki mavi işıq təbii yuxu dövrünü poza bilər. Əlavə edək ki, həkim keyfiyyətli yuxu saxlamaq üçün bu addımın vacibliyini vurğulayır.

0 - Bu üsuldan sonra səhər saatlarında zəngli saatınızın “təkrar” düyməsini basmaq belə istəməzsiniz.

Həkimin sözlərinə görə, bu üsuldan istifadənin effektivliyi hər bir insanın fərdi xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər.

# 3225
avatar

Oxşar yazılar