Əməkdar artist Yaqub Zurufçu
09 sentyabr 2021 17:36 (UTC +04:00)

Əməkdar artist Yaqub Zurufçu

Yaqub Zurufçu süni tənəffüs aparatına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyəti ağır qiymətləndirilir.

Müğənninin müalicə olunduğu “Yeni Klinika”dan APA-ya bildirilib ki, ağciyərlərdə COVID-lə bağlı ikitərəfli pnevmoniya, ağciyərlərində 80% buzlu şüşə, hipoksemik tənəffüs çatışmazlığı qeydə alınıb.

“Xəstə qeyri-invaziv süni tənəffüs aparatı dəstəyindədir”, - deyə klinikadan bildirilib.

***

14.33

Müğənni Yaqub Zurufçunun vəziyyəti ağırdır.

Lent.az bildirir ki, bu barədə APA-ya koronavirusa yoluxmuş müğənninin müalicə olunduğu “Yeni Klinika”dan məlumat verilib.

Klinikadan bildirilib ki, müvafiq zəruri tədbirlər görülməsinə baxmayaraq, xəstənin vəziyyəti çox ağırdır.

Qeyd edək ki, müğənni Yaqub Zurufçu koronavirusa yoluxaraq “Yeni Klinika”ya yerləşdirilib.

Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu APA-ya açıqlamasında bildirib ki, hazırda reanimasiya şöbəsində olan müğənninin vəziyyəti ilə bağlı məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

A. Zurufçunun sözlərinə görə, Prezidentin köməkçisi Anar Ələkbərov da məsələni diqqətdə saxlayır, onlarla mütəmadi danışır.

***

13:50

Əməkdar artist Yaqub Zurufçu koronavirusa (COVID-19) yoluxub.

Bu barədə APA-ya müğənninin həyat yoldaşı Aynur Zurufçu məlumat verib.

O, sənətçinin hazırda “Yeni Klinika”nın reanimasiya şöbəsində müalicə olunduğunu deyib: “Həkimlər əllərindən gələni edirlər, lakin vəziyyəti heç də yaxşı deyil”.

# 6087
avatar

Oxşar yazılar