Xəzərin suyu niyə çəkilir? - Nazirlikdən AÇIQLAMA
17 iyun 2022 13:30 (UTC +04:00)

Xəzərin suyu niyə çəkilir? - Nazirlikdən AÇIQLAMA

Son zamanlar Xəzər dənizində suyun çəkilməsi ilə bağlı paylaşımlar edilir. 

Bəs, doğrudanmı Xəzərin suyu çəkilir?

Bu barədə Lent.az-ın sorğusunu cavablandıran Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib ki, Xəzər dənizi qapalı su hövzəsi kimi spesifik səviyyə dəyişmələri var: 

“Bu dəyişmələrin də səbəbi hövzənin iqlimidir. Yəni, su balansı elementləri- qidalandıran çaylar(əsas da Volqa çayı), buxarlanmanın miqdarının artması, azalması və dəniz dibində baş verən tektonik hərəkətlərlə də bağlıdır. Xəzərin səviyyəsi gah düşür, gah qalxır. Son 200 ildi instrumental müşahidələr aparılır. Daima müxtəlif amplitutlarda dəyişmələr baş verir”.

Onun sözlərinə görə, indi də Xəzərdə səviyyənin düşmə prosesi gedir:

“Bu müxtəlif sahillərdə özünü müxtəlif cür göstərə bilər. Elə sahillər var ki, düzəndi. Orada səviyyənin müəyyən qədər düşməsi  suyun irəli getməsi ilə bağlıdırsa, başqa yerdə bu proses fərqli olur. Məsələn, suyu səviyyəsi qalxanda Azərbaycan sahillərində elə yer var idi 10-15 metr içəri girirdi. Amma Qazaxıstan sahilində düzən olduğuna görə, 10 kilometr irəli gedə bilər”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3429
avatar

Aytəkin Cəlali

Oxşar yazılar