Xətai rayonunda küçədə aparılan təmir işlərinə görə, hərəkət məhdudlaşdırılacaq.
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, Xətai rayonu, Kazımağa Kərimov küçəsində aparılan təmir işləri ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkətində mərhələli şəkildə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 42 saylı müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək.