Xəstəxanada kimsəsiz körpələrin FƏRYADI:  baxan yoxdur... - YENİLƏNİB
17 sentyabr 2022 13:30 (UTC +04:00)

Xəstəxanada kimsəsiz körpələrin FƏRYADI: baxan yoxdur... - YENİLƏNİB

Xəbər verdiyimiz kimi Qarayev adına xəstəxanada uşaqlara baxılmaması ilə iddialar yayılıb. 

Məsələ ilə bağlı TƏBİB-dən Lent.az-a bildirilib ki, həmin xəstəxanada yoxlamalar keçiriləcək. 

Yayılan məlumatlarla bağlı TƏBİB-in rəhbərliyinin qərarı ilə tibb müəssisəsində monitorinq keçirilərək ictimaiyyətə əlavə məlumat veriləcək.

11:25

***

Qarayev adına xəstəxanada uşaqlara yaxşı baxılmır. 

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. İddialara görə, həm uşaq evində, həm də xəstəxanada uşaqlara diqqət göstərilmir. Belə ki, uşaq evlərində onların yuyulmadığı və nəticədə qotur xəstəliyinə tutulduqları deyilir. Qarayev adına xəstəxanada isə tibb bacılarının həmin uşaqlara baxmadıqları və deyinərək, “biz yetim-yesirə baxanıq?!” dedikləri bildirilir.

Hətta iddialardan biri də belədir ki, hazırda orda  2 yaşlı Araz adında uşaq var. Onu saatlarla bağlı otaqda uşaq arabasında saxlayırlar, mazını da vaxtında çəkmirlər. Uşaq bütün günü tək ağlayır, yaraları qaşınır.

Məsələ ilə bağlı TƏBİB-dən Lent.az-a bildirildi ki, bu barədə araşdırma aparılır.

Həmin Araz adlı uşaq
 

# 6276
avatar

Aytəkin Cəlali

Oxşar yazılar