Ziyarət başladı
03 oktyabr 2013 14:44 (UTC +04:00)

Ziyarət başladı

Onlar artıq Həcc ziyarətinə başlayıblar


 

Bu gün Azərbaycandan zəvvarları çarter reysi ilə Həcc ziyarətinə aparan ilk təyyarələr reyslərini uğurla başa çatdıraraq Ciddə şəhərində eniblər.

 

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, hər iki reys müvafiq olaraq Bakı vaxtı ilə saat 10:30-da və 12:00-da çatıb.

 

Beləliklə, ilk zəvvar qruplarımızın Həcc ziyarətinə start verilib. Səfərlə bağlı və zəvvarlar arasında indiyə qədər hələ ki heç bir problem qeydə alınmayıb.

 

Qeyd edək ki, bu gün səhər saat 08:00-da və 09:20-də Heydər Əliyev Beynəlxalq Aeroportundan azərbaycanlı zəvvarları aparan ilk təyyarə reysləri yola salınıb. Hər təyyarədə bir zəvvar qrupu olub. Zəvvarların yola salınması oktyabrın 8-dək davam edəcək.

 

Azərbaycanda bu il də Həcc ziyarəti Suriyada baş verən hadisələrlə əlaqədar ancaq təyyarə ilə həyata keçirilir. Zəvvarlarımızın Həcc ziyarətinə aparılmasını Fransanın “France Air” aviaşirkəti təşkil edir. Zəvvarlar 80 qrupa bölünüb, hər qrupda 45-55 nəfərdir. Ümumilikdə bu il Azərbaycandan təxminən 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub. Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və mayın 30-da başa çatıb. Sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunub.

 

Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən zəif şəraitli, gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 894
avatar

Oxşar yazılar