Nəqliyyat naziri Ziya Məmmədov qardaşını işdən azad etməsi barədə xəbərə münasibət bildirib.
Nazir “Unikal” qəzetinə açıqlamasında bu xəbəri təkzib edib. O deyib ki, qardaşı Nəriman Məmmədovu işdən azad etməyib: “Qardaşımı işdən azad eləməmişəm, onun vəzifəsini dəyişmişəm”.
Qeyd edək ki, dünən mediada nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovu işdən azad etməsi barədə xəbər yayılıb.