Ziya Bünyadov prospektində 4 yerüstü piyada keçidi tikilir
09 yanvar 2014 11:39 (UTC +04:00)

Ziya Bünyadov prospektində 4 yerüstü piyada keçidi tikilir

Yenidən qurulan Ziya Bünyadov prospektində 4 piyada keçidi tikilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, keçidlərin hamısı yerüstü olacaq. Hər keçidin uzunluğu 56 metr, eni 3 metr, yerdən hündürlüyü 6 metrdir. Keçidlərdən biri Ziya Bünyadov prospekti 118 ünvanında (“Hyundai”ın mərkəzi servisinin qarşısı), biri Ziya Bünyadov prospekti 3023-cü məhəllədə (“Azpetrol YDM”ın qarşısı), biri Ələsgər Qayıbov küçəsi ilə kəsişmədə, digəri isə Aşqarlar İnstitutunun qarşısında tikilir.

 

Hazırda keçidlərdə dayaq bərkitmə və montaj işləri həyata keçirilir. Piyadaların sərbəst və rahat gediş-gəlişini təmin edəcək keçidlər bu il istifadəyə veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1098

Oxşar yazılar