Zibili gübrəyə çevirən zavod yaradıldı
24 sentyabr 2013 18:08 (UTC +04:00)

Zibili gübrəyə çevirən zavod yaradıldı

Milli Elmlər Akademiyası (AMEA) Kimya Problemləri İnstitutunun alimləri məişət və sənaye tullantılarını zərərsizləşdirən, bitkilər üçün gübrə hazırlayan səyyar mini zavod ixtira edib.

 

 

Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, yeni texnologiya məişət tullantılarından təbii mineral birləşmələr əlavə etməklə gübrə almaq qabiliyyətinə də malikdir.

 

Bu istiqamətdə tədqiqatlar institutun əməkdaşı, texnika elmləri doktoru, professor Mirəli Alosmanovun rəhbərliyi ilə aparılıb. Qurğudan alınan gübrələr hər növ bitkilərin yetişdirilməsində istifadə oluna bilər. Mini zavodun sayının çoxaldılması və ölkənin bütün rayonlarında istifadəsi nəzərdə tutulur. Yeni üsul AMEA Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye Zavodunda sınaqdan keçirilib və lazımi göstəricilər əldə olunub. Nəticələr Quba Regional Aqrar Elm Mərkəzində tətbiq olunub. Orada 0.5 hektarlıq sahədə əkilmiş yoncanın məhsuldarlığı göstərib ki, bu üsulla alınmış gübrə klassik yolla alınmış gübrədən geri qalmır. Tədqiqatların nəticələri Sənaye və Energetika, İqtisadi İnkişaf nazirlikləri və “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dəstəklənir. Bu günə qədər aparılmış tədqiqatlara və keçirilmiş sınaqlara Kimya Problemləri İnstitutu tərəfindən 3700 manat xərclənib.

 

Qeyd edək ki, ixtiraya Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Türkiyənin Sakarya Universitetindən patent alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1277
avatar

Oxşar yazılar