Zərdabdakı fermerlərin su fəryadı - REPORTAJ
26 yanvar 2014 12:51 (UTC +04:00)

Zərdabdakı fermerlərin su fəryadı - REPORTAJ

Zərdabın Yarməmmədbağı və Lələağacı kəndinin sakinləri 500 hektar əkin sahələrinin susuzluqdan əziyyət  çəkməsindən şikayətçidirlər.

 

Sakinlərin APA TV-yə verdiyi məlumata görə, yeganə gəlir mənbələri olan bu pay torpaqlarında taxıl,  arpa və yonca əkməklə ruzilərini qazanırlar. Lakin suvarmanın olmaması əkilən məhsulun bitməməsinə, ya da məhv olmasına gətirib çıxardır. Sakinlər deyir ki, 6 kəndin suvarma suyu bir kanal vasitəsilə ancaq Türyançaydan Gödəkqobu  kəndinin üzərində qurulan bir nasos vasitəsilə çəkilib sahələrə gətirilir. Son illər isə Türyançayda suyun lillənməsi nasosların işini əngəlləyir və sahələr suvarıla bilinmir. Bu üzdən kimisi ya torpağını icarəyə verir, ya da onu əkməkdən imtina edir. Məhsulun ildə 20-30 faizni əldə edə bilən sakinlər, çəkilən vəsaitin itməsindən və susuz qalan torpaqların getdikcə şoranlaşmasından narahatdır.

 

Dəfələrlə sakinlər  Kənd Təsərrüfatı Nazirliyi, Zərdab  Suvarma Sistemləri  İdarəsinə ,  Meliorasiya və Su Təsərrüfatı ASC-nə müraciət etsələrdə kömək edən olmayıb. Özləri qapı arxasında, məktubları isə əllərində qalıb. Hətta 2012-ci ildə Meliorasiya və Su Təsərrüfatından sakinlərə həmin ərazidə digər su mənbəyi olmadığına görə, suvarmada yaranan gecikmələri aradan qaldırmaq məqsədilə əlavə nasos stansiyasının quraşdırılmasını vəd etsələr də  yerli qurumun vəsait ayırmaması üzündən o da vəd olaraq qalıb. Çəkiliş aparıldığını eşidib özünü  kəndə yetirən Zərdab Suvarma Sistemləri  İdarəsinin  rəisi Soltan Sadıqov isə kənd sakinlərinin problemini etiraf edərək rayonun hər il 6 kəndin 2 minə yaxın sahəsinin susuzluqdan əziyyət çəkdiyini bildirdi. Rayonda hər il 9 min hektar ərazinin Türyançaydan suvarıldığını deyən Soltan Sadıqov Yarməmmədbağı və Lələağacı kəndlərinin suvarıla bilməməsini kəndlərin ən ucqar ərazidə yerləşməsi, ötən illə müqayisədə əkin sahələrinin daha çox olması, hava şəriatin quraq keçməsi və lilə görə nasosların yaxşı işləməməsi  ilə əlaqələndirdi. Əvvəllər sahələrin əlavə su mənbəyi kimi aşağı Şirvan kanalı üzərindəki kollektor vasitəsilə suvarıldığını deyən qurum rəsmisi bunun torpaqların şoranlaşması ilə nəticələndiyini bildirdi. O, deyib ki, baxmayaraq ki, yanvar ayında heç yerdə suvarılma olmur, amma biz birbaşa göstəriş vermişik ki, bu ərazidə çətinlik olduğuna görə, nasos stansiyası işləsin, su təminatı yaxşılaşsın. Kəndin aşağı hissəsində 100 hektar taxıl əkilməsi üçün yararlı yer var, o hissə qalıb.T axıl suvarıldıqdan sonra yonca da suvarılacaq. Çalışırıq ki, köməklik göstərək.

 

Suvarma Sistemləri  İdarəsinin rəisi birdəfəlik çıxış yolunu dövlət proqramında görür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 760
avatar

Oxşar yazılar