ABŞ-da yaşayan insanlar arasında aparılan bu araşdırmaya görə, zəngin hesab olunmaq üçün ən azı 2,3 milyon dollar sərvətə sahib olmaq lazımdır. Bu göstərici əvvəlki illə müqayisədə aşağı düşüb, keçən il bu hədd 2,5 milyon dollar idi.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaya görə maliyyə baxımından rahat və komfortlu həyat yaşamaq üçün isə amerikalılar təxminən 839 min dollar sərvətin yetərli olduğunu bildirirlər.
Nəsillərə görə zənginlik həddi
Z nəsli (21-27 yaş) - 1,7 milyon dollar
Millennials (28-43 yaş) - 2,1 milyon dollar
X nəsli (44-59 yaş) - 2,1 milyon dollar
Baby-boomers (60-75 yaş) - 2,8 milyon dollar
Maliyyə rahatlığı üçün lazım olan məbləğ
Z nəsli - 329 min dollar
Millennials - 847 min dollar
X nəsli - 783 min dollar
Baby-boomers - 943 min dollar
Amerikalılar üçün “zənginlik” nə deməkdir?
Sorğuda iştirak edənlərə zənginliyin nə olduğunu soruşduqda, cavablar yalnız pul ilə məhdudlaşmadı. Cavab faizlərinə əsasən:
45 faiz - xoşbəxtlik
44 faiz - bank hesabındakı pul miqdarı
37 faiz - fiziki sağlamlıq
32 faiz - psixoloji sağlamlıq
24 faiz - şəxsi münasibətlərin keyfiyyəti
24 faiz - həyat təcrübəsi
20 faiz - şəxsi nailiyyətlər
18 faiz - boş vaxtın olması
17 faiz - maddi əşyalar
Ən optimist qrup Z nəsli oldu. Onların 43 faizi artıq özünü zəngin sayır. Müqayisə üçün, baby-boomers arasında bu rəqəm cəmi 20 faizdir.
Bu nəticələr göstərir ki, amerikalıların zənginlik anlayışı təkcə maddi imkanlarla deyil, eyni zamanda həyat keyfiyyəti, sağlamlıq və şəxsi xoşbəxtliklə də sıx bağlıdır.