Zəhərlənməyə görə 33 müraciət... - <span style="color:red;">RƏSMİ
01 iyul 2019 16:33 (UTC +04:00)

Zəhərlənməyə görə 33 müraciət... - RƏSMİ

İyun ayı ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin  (AQTA) 1003 “Çağrı Mərkəzi”nə 1405 müraciət daxil olub.

Agentlikdən Lent.az-a bildirilib ki, daxil olan müraciətlərdən 330-u sertifikatlaşdırma və qeydiyyat, 353-ü idxal-ixrac əməliyyatları, 127-si istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı agentliyə 33 müraciət daxil olsa da, onlardan yalnız 12-si öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Ötən ay agentliyə daxil olan müraciətlərin 69-u işə qəbulla, 493-ür isə digər xarakterli olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1358
avatar

Aygün İbrahimli

Oxşar yazılar