Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların nəzərinə
Baş prokuror Zakir Qaralov martın 14-də saat 11:00-da Qusar rayon prokurorluğunun inzibati binasında Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Lent.az-ın məlumatına görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Qusar şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.