Yüksək texnologiyalı tibbi avadanlıqda boşluq aşkar olundu
08 aprel 2019 23:09 (UTC +04:00)

Yüksək texnologiyalı tibbi avadanlıqda boşluq aşkar olundu

İsrailin Ben-Qurion Universitetinin Kibertəhlükəsizlik Elmi-Tədqiqat Mərkəzinin tədqiqatçıları yüksək texnologiyalı tibbi avadanlıqda boşluq aşkar ediblər.

ict.az-ın məlumatına görə, alimlər işlək eksploit hazırlayaraq hücum həyata keçirməyə müvəffəq olublar. Hazırlanmış zərərverici proqram təminatı kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyasının nəticələrinə dəyişikliklər etməyə imkan verir. Bu dəyişikliklər tomoqrafiya şəkillərinin həkimlər tərəfindən qəbulundan öncə həyata keçirilir.

Aşkar edilmiş boşluğun köməyi ilə pasiyentin tomoqrafiya şəklinə bədxassəli şişi əlavə etmək və ya silmək olar. Yekun şəkil o qədər real görünür ki, sınaqlarda iştirak edən həkimlər şəklin həqiqiliyinə şübhə etməyiblər.

 

e-tibb.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 701
avatar

Oxşar yazılar