Yeni televiziya kanalı üçün müsabiqəyə sənəd qəbulu başladı
22 yanvar 2014 11:48 (UTC +04:00)

Yeni televiziya kanalı üçün müsabiqəyə sənəd qəbulu başladı

Azərbaycanda yeni televiziya kanalının açılması üçün müsabiqəyə sənəd qəbulu başlayıb. Milli Televiziya və Radio Şurasından Lent.az-a verilən məlumata görə, sənəd qəbulu fevralın 22-dək davam edəcək.

 

Qeyd edək ki, yeni televiziya kanalının açılması ilə bağlı qərar Şuranın yanvarın 14-də keçirdiyi iclasında qəbul olunub.

 

İclasda yeni televiziya yayım kanalının açılması imkanları araşdırılıb və yeni ümumrespublika televiziya yayım kanalının açılması üçün ( Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar  2014-cü il tarixdən  22 fevral 2014-cü il tarixədək müsabiqə elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1167
avatar

Oxşar yazılar