Yeni tədris ilinin köhnə problemləri
14 sentyabr 2016 17:11 (UTC +04:00)

Yeni tədris ilinin köhnə problemləri

Məlahət Mürşüdlü - təhsil eskperti
 
Mövzu: 2016-2017 tədris ilindən nələr gözləyək?
 
Yeni tədris ili başlayır. Hər il olduğu kimi, bu il də təhsildən gözləntilər çoxdur. 2016/2017 tədris ilində hansı problemlər öz həllini tapmalıdır? APA TV-nin “Manşet” proqramının növbəti buraxılışının qonağı, təhsil məsələləri üzrə ekspert Məlahət Mürşüdlü yeni tədris ilinin başlanması ilə əlaqədar aparıcı İlham Tumasın suallarını cavablandırıb. 
 
- 21-ci yüzillik informasiya bolluğu əsridir, informasiya genişlənir və bizim müəllimlərimiz şagirdlərdən geri qalmamalıdır. Birinci növbədə, informasiya kommunikasiya texnologiyalarından istifadə yüksək səviyyədə olmalıdır. Bu, gündəlik həyata keçirilən bir prosesdir. 
 
- Bəzən şagirdlər elə suallar verir ki, sənə elə gəlir, orta məktəb proqramında yoxdur, oxuduğu materiallardan ortaya çıxan bir sualdır. Həm də sən şagirdin qarşısında donub qalmamalısan, bu sualı cavablandırmalısan. Bunun üçün müəllim mütəmadi olaraq öz üzərində işləməlidir. 
 
- Təhsil Nazirliyi 2007-ci ildən kurrikulum üzrə təlimlər həyata keçirilir və iş sona çatmaqdadır. Bu, bütün respublikanın müəllimlərini əhatə edir. Dövlət xərc qoyur, ancaq görünür ki, bu kifayət deyil. 
 
- Pedaqoji internaturanın tətbiqinə böyük ehtiyac var. Pedaqoji praktikaların müddəti uzadılmalıdır, bir-iki ay praktika ola bilməz. Məktəblər universitetlərin laboratoriyasına çevrilməlidir. Müəllim olacaq şəxslər auditoriyadan sonra azı 1 il məktəblərdə çalışmalıdır. 
 
- Tədris vəsaitləri buraxmaq ağır bir işdir, zəhmət tələb edir. Dəfələrlə müəllimlərə müraciət etmişik ki, təlim metodları hazırlasınlar, bununla təhsilin inkişafına az da olsa öz dəstəklərini versinlər. 
 
- Təhsilin səviyyəsinin aşağı qiymətləndirilməsinin səbəbləri məktəblərdəki idarəçiliyin zəif olmasından, müəllimlərin peşə hazırlığının aşağı olması və şagirdlərin dərsə davamiyyətinin normativ sənədlərə uyğun olmamasından irəli gələ bilər. Problemlər araşdırıldıqdan sonra bu istiqamətdə işlərə başlanılmalıdır. 
 
- Çox təəssüf ki, bizim pedaqoji kollektivlərdə dərs demək həvəsi olmayan müəllimlər var. Bu müəllimlər çalışmaq və dəyişmək istəmirlər. O müəllimdə çalışmaq həvəsi yoxdur ki, o işinə məsuliyyətlə yanaşmır, özünü bu peşədə görmür, özünün peşəkarlıq səviyyəsinin artırılmasını istəmir. Zamanın tələblərinə uyğunlaşa bilməyən müəllimlər işləmək istəmirlər. 
 
- İnformasiya bolluğu əsridir, bəzən şagirdlər irəli gedir, müəllimlər isə geridə qalır. Pedaqoqlar hər cəhətdən bir addım öz şagirdindən irəlidə olmalıdırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708

Oxşar yazılar