Yarım tona yaxın məhsul satışdan çıxarıldı
22 yanvar 2014 15:26 (UTC +04:00)

Yarım tona yaxın məhsul satışdan çıxarıldı

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir. Qurumdan Lent.az-a verilən məlumata görə, monitorinqlər Bakının Suraxanı, Xətai, Səbail rayonlarında, eyni zamanda Sumqayıt, Gəncə, Sabirabad, Sabirabad, Şəki, Şəmkir, Yevlax, Ağcabədi, Quba, Lənkəran Ağdam və Füzuli  rayonları ərazisində keçirilib.

Monitorinqlər zamanı ümumilikdə 400 kq-dan artıq saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449

Oxşar yazılar