Yardımlıda işıq dirəkləri əhali üçün təhlükəyə çevrilib
02 aprel 2019 12:17 (UTC +04:00)

Yardımlıda işıq dirəkləri əhali üçün təhlükəyə çevrilib

Yardımlı rayonunun Oduraqaran kənd sakini  Ruzbeh Məmməd Lent.az-a kəndlərində işiq və internet xətləri üçün basdırılan dirəklərin əhali üçün təhlükə mənbəyinə çevrilməsi ilə bağlı şikayət daxil olub.

Şikayətdə bildirilib ki,  uzun müddət əvvəl basdırılan dirəklər çürüyərək artıq istifadə müddətini başa vurub: “Güclü külək əsən zaman yellənən dirəklər hər an yaşayış evlərinin üzərinə aşma təhlükəsi ilə üz-üzədir. Kəndin camaatı bir neçə dəfə bununla bağlı aidiyyəti orqanlara bildirsələr də, vəziyyətlə maraqlanan olmayıb”.

Təhlükə yaradan işıq dirəklərinin fotolarını təqdim edirik.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727
avatar

Aygün İbrahimli

Oxşar yazılar