Yaqub Mahmudov Rəsulzadənin məzarının Azərbaycana köçürülməsindən danışdı - YENİLƏNİB
27 yanvar 2014 15:02 (UTC +04:00)

Yaqub Mahmudov Rəsulzadənin məzarının Azərbaycana köçürülməsindən danışdı - YENİLƏNİB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi çərçivəsində onun məzarının Azərbaycana köçürülməsi məsələsinə münasibət bildirib.


 

APA-nın xəbərinə görə, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov jurnalistlərə açıqlamasında deyib ki, M.Ə.Rəsulzadənin qəbrinin Azərbaycana gətirilməsi dövlət əhəmiyyətli bir məsələdir: “Tarixi əhəmiyyətli dövlət adamlarının xaricdə uyuyan məzarlarının Azərbaycana gətirilməsi hər zaman qaldırılır. Vaxtilə Məhəmməd Füzulinin də qəbrinin Azərbaycana gətirilməsi məsələsi qaldırılmışdı. Amma bu, dövlətlərarası danışıq məsələsidir. Heydər Əliyevin qeyd etdiyi kimi, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Məhəmməd Əmin Rəsulzadənin də ömür yolunun çox hissəsi Türkiyədə keçib. Ona görə də biz bu məsələdə türk xalqının, Türkiyə Cümhuriyyətinin rəyi ilə hesablaşmalı və türk xalqını incitməməliyik”.

 

Y.Mahmudov Məhəmməd Əmin Rəsulzadənin qəbrinin Türkiyədə və ya Azərbaycanda olmasını fərqləndirmək istəməyib. İnstitutun direktoru bir daha qeyd edib ki, bu, dövlətlərarası məsələdir və dövlətlər arasında bu məsələyə baxıla bilər: “Bu gün Əlimərdan bəy Topçubaşovun da qəbri Fransadadır. Bütün bunlar gələcəkdə Azərbaycan xalqının tarixinin dünya miqyasında öyrənilməsində çox böyük abidələrdir. Bu abidələrin hamısını gətirib Azərbaycan ərazisində toplayıb dünya tarixindən özümüzü uzaqlaşdırmaq doğru olmazdı. Bu mənim şəxsi mövqeyimdir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1031
avatar

Oxşar yazılar