Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti Yaponiyaya işgüzar səfəri başa çatıb. Lent.az-ın məlumatına görə, səfərin məqsədi Yaponiyanın yerli idarəetmə sistemi, şəhər planlaşdırılması, şəhər təsərrüfatının idarə edilməsi ilə yaxından tanış olmaq, mövcud təcrübədən faydalanmaq və ikitərəfli regionlararası əməkdaşlığı gücləndirmək olub. Azərbaycan Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümovun rəhbərlik etdiyi Bakının Səbail, Xətai, Suraxanı, Yasamal, həmçinin Ağcabədi, Masallı, Şabran, Qəbələ, Qusar, Yardımlı rayonlarının və Şəki şəhərinin icra hakimiyyətlərinin başçılarından ibarət nümayəndə heyəti artıq vətənə qayıdıb.
Qeyd edək ki, səfər çərçivəsində xeyli görüş və fikir mübadiləsi baş tutub.