Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə 15-17, gündüz 18-22, Bakıda gecə 15-17, gündüz 20-22° isti olacağı gözlənilir.
Sabah Azərbaycanın rayonlarında şimşək çaxacaq, arabir yağış yağacaq. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntılarda qısamüddətə fasilə yaranacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 19-24, dağlarda gecə 3-8°, gündüz 9-14° isti olacağı gözlənilir.