Yağış yağacaq, külək əsəcək
07 iyun 2013 12:51 (UTC +04:00)

Yağış yağacaq, külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb. Qurumdan  Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarına gəlincə, əsasən axşam və gecə şimşək çaxacaq, yağış yağacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29 dərəcə,  dağlarda gecə 7-12,  gündüz 16-21 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1885

Oxşar yazılar