Yağış yağacaq
29 sentyabr 2015 12:46 (UTC +04:00)

Yağış yağacaq

 

Sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı  var.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah ölkə ərazisində mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə  17-20 dərəcə, gündüz 26-30 dərəcə isti olacaq.

 

Sabah axşam və gecə əsasən dağlıq və dağətəyi rayonlarda  şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 13-18, gündüz 26-31 dərəcə, dağlıq rayonlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.

Oktyabrın 2-dək Abşeron yarımadasında meteoloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 108
avatar

Fərizə Əhmədova

Oxşar yazılar