Bakıda və Abşeron yarımadasında mayın 30-da hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 16-21, gündüz 24-29 dərəcə isti olacaq.
Sabah bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 16-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.
Bakıda və Abşeron yarımadasında yaxın iki gün ərzində biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.