
Xızıda raket tapıldı
Sentyabrın 26-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonu, Yaşma kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
Lent.az-a ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları ilə birlikdə həmin ərazidə su kanalının yaxınlığına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssislərinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 72 mm-lik 9M36 raketi (Strela-3) aşkar olunmuş, daşınması təhlükəli olduğuna görə agentliyin mütəxəssisləri yerində zərərsizləşdirib.
Raketin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Oxşar yazılar

Göz yaşlarını niyə saxlaya bilmirik? - Alimlər izah etdi
26 avqust 2025 , 18:47
Yalnız bir BÜRC tezliklə həyata yenidən başlamaq üçün nadir şans əldə edəcək
26 avqust 2025 , 18:33
Bu il universitetə qəbul olanların sayı AÇIQLANDI
26 avqust 2025 , 18:28
Azərbaycan dilinin şivələri və özbək dilində ortaq sözlər - Sevinc Qəmbərli
26 avqust 2025 , 18:20
Bu xəstəxanalara yeni baş həkimlər təyin olundu
26 avqust 2025 , 16:11
Vətəndaş bankın zəngindən bezibsə, onu məhkəməyə verə bilər? - HÜQUQŞÜNAS DANIŞDI
26 avqust 2025 , 13:57
Sabah 39 dərəcə isti olacaq
26 avqust 2025 , 12:11