XİN-də diplomatlarla nağdsız hesablaşmalardan danışdılar
04 may 2017 18:02 (UTC +04:00)

XİN-də diplomatlarla nağdsız hesablaşmalardan danışdılar

 

Xarici İşlər Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası birgə məlumat yayıb.

 

XİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə XİN-də ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndəliklərinin başçıları ilə görüş keçirib.

 

Görüş zamanı Rüfət Aslanlı xarici ölkə səfirlərinə maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması istiqamətində rəhbərlik etdiyi qurumun gördüyü işlərdən bəhs edib və bu sahədə MBNP-nin üzərinə düşən vəzifələr barədə məlumat verib. Bundan əlavə, strateji yol xəritələri ilə müəyyənləşdirilmiş maliyyə sektoru qarşısında duran əsas hədəflər və imkanlar və bütövlükdə maliyyə sektorunda islahatlar gündəliyi müzakirə edilib.

 

Xarici ölkələrin Azərbaycandakı səfirləri maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması məqsədilə ölkədə aparılan islahatları yüksək qiymətləndirdiklərini bildiriblər.


Görüş əsnasında Azərbaycanda göstərilən maliyyə xidmətləri ilə əlaqədar diplomatik korpus nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, o cümlədən yeni qanunvericilik aktları, “Nağdsız hesablaşmalar haqqında” Qanun və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 231
avatar

Oxşar yazılar