“Gələcəkdə Xəzər dənizinin sahilində əlillərin reabilitasiyası üçün daha böyük mərkəz yaradılacaq".
Lent.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Nazir vurğulayıb ki, bununla bağlı layihə və təkliflər hazırlanır və yaxın gələcəkdə dövlət başçısına təqdim olunacaq.
”Bu gün Azərbaycanda 8 regional əlillərin bərpa mərkəzi fəaliyyət göstərir. Bununla yanaşı, bütün ölkəyə xidmət edən Bakı Uşaq Reabilitasiya Mərkəzi var. Respublika Əlillərin Bərpa Mərkəzinin hazırda əsaslı təmiri davam edir. Artıq mərkəzin yüksək səviyyədə təmiri başa çatmaq üzrədir. Bərpa mərkəzinə avadanlıqların alınması üçün tender keçiriləcək. Çox güman ki, mərkəz gələn ilin əvvəlləri üçün istismara veriləcək”.
Mərdəkan müalicə pansionatının da əsaslı təmirinə başlanıldığını bildirən nazir qeyd edib ki, orada da eyni şəraitin yaradılması nəzərdə tutulub: “Növbəti ildə Şaqanda müharibə əlilləri və pensiyaçılar üçün 200 nəfərlik pansionatın yenidən qurulması planlaşdırılır. Bu o deməkdir ki, Azərbaycanda əlillərin reabilitasiyası üçün bütün lazımı imkanlar yaradılır. Bu kifayət etmədikdə isə xarici ölkələrin reabilitasiya mərkəzlərindən istifadə edirik . Buna görə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb. Əlil vətəndaşlarımız Baltikyanı ölkələrdə əlil uşaqlar, Yunanıstanda isə böyüklər üçün olan müəssisələrə mütəmadi şəkildə müalicəyə göndərilir".

Xəzər sahilində əlillər üçün mərkəz yaradılacaq
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33