
Azərbaycanda turizm sektorunun inkişafı
Füsunkar təbiəti, göz oxşayan mənzərələri, qədim abidələri ilə seçilən Azərbaycan gün keçdikcə digər ölkələrin millətlərinin marağını daha çox cəlb edir. V.V.Keppenin verdiyi məlumata görə nadir təbii-iqlim xüsusiyyətlərinə malik olan ölkəmizdə Yer kürəsindəki 11 iqlim tipindən 9-u yerləşir. Bazardüzü (4466 m), Şahdağ (4243 m), Babadağın (3629 m) hündür zirvələri, Böyük Qafqazın cənub ətəklərindən axan çaylar, çoxsaylı şəlalələr, şəffaf Göy-Göl, Maral göl, Qobustanın sərt və eyni zamanda mənzərəli palçıq vulkanları, Lənkəranın nadir qoruqları, Abşeron və Nabran bölgəsinin müalicəvi əhəmiyyətli narın qumlu çimərlikləri Azərbaycanın zəngin turizm potensialının əhəmiyyətli tərkib hissəsidir. Xüsusən yay mövsümünün başlaması ilə ölkəmizdə bu yerlərə səyahət edən turistlərin sayı da get-gedə artır.
Özünün ahəngdar flora və faunası ilə seçilən, çoxsaylı çay və şəlalələrin, göllərin, mineral su yataqlarının, dünyada misli-bərabəri olmayan qumsal çimərliklərin, minlərlə tarixi memarlıq abidələrinin yerləşdiyi ölkəmizə turistlər tərəfindən xüsusi maraq göstərilir.
Bu gün müasir muzeylərin, biznes mərkəzlərinin və lüks otellərin (“Fairmont Baku”, “Four Seasons”, “Kempinski Badamdar”, “JW Marriott Absheron”, “Jumeirah”, “Park Hyatt”, “Park İnn və s.) yerləşdiyi Bakı ilə yanaşı, həmçinin Azərbaycanın regionlarına da eyni səviyyədə maraq vardır.
Qeyd edək ki, bu maraq həmçinin xarici mətbuatda da öz əksini tapır. Məsələn İsveçrənin “Tagblatt” qəzetində jurnalist Ester Elionor Haldimanın “Bakı yüksəliş yolundadır” sərlövhəli məqaləsində Bakının tikinti meydançasını xatırlatdığı bildirilir. Məqalədə qeyd edilir ki, Bakı şəhəri sürətlə böyüyür. Qala divarları ilə Xəzər dənizinin sahilinə qədər uzanmış və UNESCO-nun Dünya mədəni irs siyahısına daxil edilmiş İçərişəhərin ətrafında saysız-hesabsız müasir binalar inşa edilmişdir.
Digər bir mətbuat orqanı, Küveytdə nəşr olunan “Times” həftəlik jurnalında Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə “Sizin haqqında heç vaxt eşidə bilməyəcəyiniz yeddi möhtəşəm yer. Azərbaycan–mükəmməl istirahət üçün məkan” sərlövhəli məqalə dərc edilmişdir. Məqalədə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, füsunkar təbiəti, adət-ənənələri və etnoqrafiyası, böyük turizm potensialı, respublikamızın turistlərin marağına səbəb olan ayrı-ayrı bölgələri barədə ətraflı məlumat verilmişdir.
Eləcə də, Britaniyanın nüfuzlu “Daily Mail” qəzeti Azərbaycanın Quba rayonunda yerləşən qəzaya məruz qalmış təyyarə şəklində dizayn edilən qeyri-adi restorandan bəhs etmişdir.
Ləman Xəlilova
“Azerbaijan Realities”
Oxşar yazılar

"Araz-Naxçıvan" Avropaya vəsiqə qazandı, şəhərdə yürüş keçirildi
17 may 2025 , 20:27
Pul və karyera: Maliyyə uğuruna doğru gedən 4 BÜRC
17 may 2025 , 18:30
Bütün unlar faydalı deyil: Həmişə uzaq durmalı olduğunuz UN NÖVLƏRİ
17 may 2025 , 18:11
Bakı yazır, dünya istinad edir!
17 may 2025 , 18:00
Bu dərmanları qəbul etdikdən sonra maşın sürə bilməzsiniz – SƏBƏB
17 may 2025 , 17:15
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub - VİDEO
17 may 2025 , 16:22
Leysan və sulu qar yağacaq - XƏBƏRDARLIQ
17 may 2025 , 15:02