Xərçəngdən əziyyət çəkən xanım jurnalistə <span style="color:red;">DƏSTƏK
07 dekabr 2017 18:12 (UTC +04:00)

Xərçəngdən əziyyət çəkən xanım jurnalistə DƏSTƏK

 

Milli Onkologiya Mərkəzində müalicə alan jurnalist Ülviyyə Həsənqızının müalicə xərclərini mərkəz öz üzərinə götürüb. Lent.az-ın məlumatına görə, bu barədə millət vəkili Qənirə Paşayeva öz feysbuk səhifəsində yazıb. O bildirib ki, Ü. Həsənqızının əməliyyat və müalicəsi Milli Onkologiya Mərkəzi tərəfindən aparılacaq.

 

Q. Paşayeva Milli Onkologiya Mərkəzində Ulviyyə Həsənqızını ziyarət edib: “İnşallah, Ülviyyə bu çətin günləri arxada qoyacaq, xəstəliklə ciddi mübarizə aparacaq və qalib gələcək. Bu gün ona daxili inam, psixoloji güc çox vacibdir. Onda bu gücü hiss etdim və daha da artacağına əminəm. Xeyli söhbətləşdik. Həkimləri, tibb işçiləri ilə söhbətləşdik. Həkimlər Ülviyyənin sağalması üçün əllərindən gələni edirlər və edəcəklərini söylədilər. Böyük diqqət və sevgi ilə yanaşırlar ona. Milli Onkologiya Mərkəzinin rəhbərliyinə, Ülviyyəyə diqqət göstərən həkimlərə təşəkkürümü bildirirəm”.

 

Qeyd edək ki, jurnalist Ülviyyə Həsənqızı xərçəng xəstəliyindən əziyyət çəkir. Ülviyyə anasının tək övladıdır. Kirayədə yaşayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 168
avatar

Oxşar yazılar