
Xərçəngdən əziyyət çəkən 4 yaşlı İbrahimə YARDIM EDƏK
“Hər şey birdən-birə oldu. Uşağın qarnı şişdi. Apardım pediatra... Pediatr göndərdi, cərraha... Cərrah USM müayinə etdirdi, pis xəstəlikdən şübhələndi. Kompüter tomoqrafiyası oldu, diaqnoz dəqiqləşdi: Xərçəng...”, - deyən anaya hıçqırıqlar danışmağa imkan vermir.
Söhbət xərçəng xəstəliyindən əziyyət çəkən İbrahimdən gedir. Hələ oktyabrda 4 yaşı olacaq balaca İbrahimdən...
Uşağın xəstəliyi haqda İbrahimin anası Püstəxanım Hüseynova məlumat verib.
Uşağın xəstəliyinin tibbi adı neuroblastmadır. Bu gün Milli Onkologiya Mərkəzində uşaqdan analiz üçün ilik nümunəsi götürüləcək. Analizin cavabına görə müalicələr başlayacaq.
“İnşallah, kimya müalicəsi alsa, sağalacaq balam. İnternetdə araşdırmışam. Bu xəstəlikdən sağalan xeyli uşaq var. Yaxşı müalicə alsa, mənim İbrahimim də qurtula bilər. Amma bunun üçün xeyli pul lazımdır. Türkiyə və Belarusda uşaq xərçəngini yaxşı müalicə edirlər. İbrahimim yaşamaq istəyir. 4 yaşı hələ tamam olmayıb, onun... Ölüm ondan ötrü tezdir, çox tezdir. Bu dəqiqə onun həyətdə qaçan vaxtıdır, amma balam ağrıdan qollarımda qıvrılır” - deyir anası və hönkürür.
Çarəsiz ana oğlunun ağrılarına dözə bilmir. Deyir, İbrahimə söz vermişəm, nə qədər o yaşayacaq, o qədər də mən yaşayacağam.
İbrahimin yaşaması başda Allahdan, sonra isə həkimlər və dərmanlardan asılıdır. Ailənin isə uşağı xaricdə müalicə etdirməyə maddi imkanı çatmır. Bunun üçün də xeyirxah insanlardan yardım istəyir.
İbrahimin yaşaması üçün yardım etmək istəyənlər aşağıdakı bank hesabına pul köçürə bilərlər:
380194401663363401
AZE16634676
REKVIZIT MILLION
Alanın Bankı / Beneficiary Bank
Bank Respublika ASC Sumqayit filiali
Kod: 504777 VOEN: 9900001901
M/h: AZ80NABZ01350100000000014944
SWIFT: BRESAZ22
Alan / Beneficiary
Adı / Name: PUSTAXANIM
Soyadı / Name: HUSEYNOVA
IBAN : AZ60BRES00380194401663363401
Əlavə məlumat üçün əlaqə nömrəsi: 051 517 43 35
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33