Xərçəng xəstəliyinə qarşı milli fəaliyyət proqramı hazırlanacaq
14 noyabr 2014 12:55 (UTC +04:00)

Xərçəng xəstəliyinə qarşı milli fəaliyyət proqramı hazırlanacaq

Onkoloji xəstəliklərdən ölüm hallarının azaldılması məqsədilə profilaktik tədbirlər həyata keçiriləcək.  Lent.az-ın məlumatına görə, bu, 2014-2015-ci illəri əhatə edən  “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda öz əksini tapıb. o cümlədən xəstəliklərin erkən dövrdə aşkar edilməsi üçün skrininq proqramlarının tətbiq edilməsi üzrə tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub.

Uşaqlıq boynu xərçənginin erkən aşkarlanması və qarşısının alınması üçün milli fəaliyyət proqramının hazırlanacaq. Bütün bunlarla bağlı nəticələrin monitorinqi təmin ediləcək.

Bütün bu işlərin həyata keçirilməsi Səhiyyə Nazirliyinə həvalə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 497

Oxşar yazılar