Xarici ölkələrdən DSMF-ya müraciətlər artıb
04 fevral 2015 10:23 (UTC +04:00)

Xarici ölkələrdən DSMF-ya müraciətlər artıb

Ötən il ərzində Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrin sığorta-pensiya qurumları tərəfindən daxil olan müraciətlərin sayı 33,7 faiz artıb. DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, ötən il DSMF-yə daxil olan 5101 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib.

Qeyd olunan dövr ərzində MDB ölkələrindən 3358 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.


Müraciətlərin sayına görə ikinci yerdə Türkiyə Cümhuriyyəti gəlir, qardaş ölkədən Fonda 169 müraciət ünvanlanıb.

Bu müraciətlərin mövzusu Türkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədilə konkret tədbirlərin görülməsi istiqamətindədir. DSMF-yə daxil olan digər 1574 müraciət isə ayrı-ayrı xarici ölkələrin və vətəndaşlardan daxil olmuş müraciətlərin payına düşür.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 123
avatar

Oxşar yazılar