Yeni dünya nizamı və Azərbaycan perspektivləri
08 fevral 2014 00:48 (UTC +04:00)

Yeni dünya nizamı və Azərbaycan perspektivləri

Yeni dünya nizamı və Azərbaycanın müasir geostrateji situasiyada mövqeyi, Respublikamızın dünyəvi etibarlı əməkdaşa çevrilməsi, Azərbaycanın regionda və ümumilikdə dünya siyasətində tutduğu yerin araşdırılması olduqca zəruruidir. Müasir Azərbaycan gerçəkliyinin vəd etdiyi üstünlükləri, perspektivləri müəyyənləşdirmək Respublikamızın beynəlxalq siyasi arenada yerinin müəyyənləşdirilməsinə imkan yaradır. Təsadüfi deyildir ki, bu gün Azərbaycan regional lider olaraq xarakterizə olunur və dünya birliyinin etibarlı, sadiq tərəfdaşı imicini qazanmışdır. Bu isə öz növbəsində Azərbaycanın xarici siyasət prioritelərində, strateji konsepsiyasında öz əksini tapmışdır. XXI əsrdə  Azərbaycanın dünya düzənində yeri və rolunun araşdırılmasından irəli gələn prinsipial əsasları aşağıdakı tezislər formasında qruplaşdırmaq mümkündür:

  • Yeni dünya düzəninin formalaşması, beynəlxalq siyasi  vəziyyətin təhili, yeni dünya siyasətinin gətirdiyi obyektiv dəyişikliklərin təhlili və Azərbaycanın bu siyasi reallığa qoşulması;
  • Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsi ilə beynəlxalq münasibətlər sisteminin üzvünə çevrilməsi, ölkədaxili çoxşaxəli islahatlar, milli inkişaf konsepsiyasının həyata keçirilməsi;
  • XXI əsrin əvvəllərindən etibarən Azərbaycanın yeni dünya siyasətində novator bir ölkə qismində təmsil olunması, dünya birliyinə sürətli inteqrasiya, regionun aparıcı aktoru imicini yaratması;
  • Qetri-neft kapitalının inkişafı, insan kapitalının formalaşması, məqsədyönlü və praqmatik sosial siyasətin bərqərar olması;
  • Azərbaycanın Qərbə inteqrasiya siyasəti, beynəlxalq münasibətlərin aparıcı aktoruna çevrilməsi, regionda cərəyan edən layihə və  yeniliklərin katalizatoru rolunda çıxış etməsi, beynəlxalq və regional  təşkilatlarla əməkdaşlığının səciyyəsi;
  • -BMT TŞ-nın qeyi-daimi üzvü kimi Azərbaycanın 2 illik səmərəli  fəaliyyətinin perspektivləri, üzvlüyün Respublikanın dünyəvi  imicinə müsbət təsirlərinin qiymtləndirilməsi;
  • Uğurlu və praqmatik enerji strategiyası, Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın aparıcı dövlətə çevrilməsi, zəruri əməkdaş imicinin qəbul olunması;
  • Azərbaycanın informasiya-kommunikasiya texnologiyalarının inkişafında regional lider olaraq təsdiqlənməsi, regionda ən innovativ və texnoliji cəhətdən inkişaf etmiş, dünya üzrə ən gəlirli sənaye sahələrindən biri hesab olunan peyk sənayesini formalaşdırmaqla İKT sahəsində regional mərkəzə çevrilməsi,  ilk süni peykə malik ölkə kimi tarixi nailiyyətə imza atması.

Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında ölkəmizin payı 80 faizdən artıqdır. Azərbaycan artıq dayanıqlı iqtisadiyyata malik ölkəyə çevrilmişdir. İqtisadi müstəqillik respubliakmızın siyasi-mənəvi müstəqilliyinə də təkan verməklə, yeni uğurların bazisi rolunda çıxış edir.

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600
avatar

Oxşar yazılar