Vətəndaşlar Təhsil Nazirliyinə ən çox nədən şikayət ediblər?
01 iyul 2014 17:06 (UTC +04:00)

Vətəndaşlar Təhsil Nazirliyinə ən çox nədən şikayət ediblər?

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində iyun ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə,  Telefon Məlumat Mərkəzinə 6965 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfə çox), Kommutator Xidmətinə isə 3250-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4657 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş 11622 müraciətin 9245-i (müraciətlərin əksəriyyəti sorğu xarakterli olub) dərhal cavablandırılıb və operativ həll edilib. 1037 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1328 sənəd (509 ərizə, 626 məktub, 193 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Vətəndaşların şikayət xarakterli 12 müraciəti isə xüsusi proqram vasitəsilə qeydiyyata alınıb və araşdırılması üçün nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilib.

Daxil olan müraciətlərdə daha çox müəllimlərin yerdəyişməsi, müəllimlərin sınaq qiymətləndirilməsi, təhsil sənədlərinin alınması, diplomların tanınması, ali və ümumi təhsil ilə bağlı məsələlər əksini tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 913

Oxşar yazılar