Kənd təsərrüfatı naziri İsmət Abasov vətəndaşları qəbul edib. Bu barədə Lent. az-a Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri ilə görüşdə vətəndaşlar bir sıra təkliflərlə çıxış ediblər. Görüş iştirakçıları kənd təsərrüfatı məhsulları istehsalının ayrı-ayrı sahələrində qarşıya çıxan problemlərin bütün fermerlərinin ortaq problemi olduğunu bildiriblər.
Vətəndaşlar heyvandarlıq sahəsində subsidiyanın tətbiqi, güzəştli kreditin müddətinin uzadılması və taxıl biçini zamanı kombayn çatışmazlığı və başqa məsələlərlə bağlı nazirə müraciət ediblər.