Vəkillərlə bağlı qanuna dəyişiklik edildi
15 aprel 2019 15:57 (UTC +04:00)

Vəkillərlə bağlı qanuna dəyişiklik edildi

İxtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən vəkilliyə namizəd həmin müsahibədən sonra bir il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməyəcək.
 
ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
 
İndiyə qədər qüvvədə olan qanuna əsasən, ixtisas imtahanını verə bilməyən şəxs bir ildən tez olmamaqla İxtisas Komissiyasının rəyi əsasında təkrar imtahana buraxıla bilərdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 733
avatar

Oxşar yazılar