Vasif Talıbovun oğlu elmi iş müdafiəsinə hazırlaşır
26 mart 2014 23:34 (UTC +04:00)

Vasif Talıbovun oğlu elmi iş müdafiəsinə hazırlaşır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbov alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etməyə hazırlaşır. Bu barədə Modern.az saytına Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.

 

Saytımıza verilən məlumatda bildirilib ki, Seymur Talıbov Ali Attestasiya Komissiyasına hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi təqdim edib.

 

Onun müdafiə etməyə hazırlaşdığı elmi iş “Regional enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri” adlanır. Dissertasiya işində Xəzər regionunda enerji təhlükəsizliyi məsələlərindən bəhs olunur.

 

Artıq dissertasiyanın müdafiəsi üçün tarix də dəqiqləşib. Belə ki, Seymur Talıbov aprelin 1-də elmi işinin müdafiəsinə çıxacaq.

Modern.az saytının araşdırması zamanı məlum olub ki, Seymur Talıbov hazırda Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin Beynəlxalq münasibətlər kafedrasında baş müəllim vəzifəsində çalışır. O, həmçinin hakim Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının üzvüdür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2585
avatar

Oxşar yazılar