Azərbaycanda 2014-2015-ci illər ərzində uşaqların qidalandırılmasına aid yeni təlimat hazırlanacaq.
Lent.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub. Qeyd olunan təlimatın hazırlanmasına məsul olan Səhiyyə Nazirliyi paralel olaraq tibb işçiləri üçün müvafiq təlimlərin keçirilməsini təşkil etməlidir.
Eyni zamanda Səhiyyə Nazirliyinə 2014-2020-ci illər ərzində ana və uşaqların sağlamlığının qorunması sahəsində çalışan həkim və orta tibb işçilərinin davamlı tibbi təhsilinin (təlimlərin və klinik təcrübələrin) həyata keçirilməsi, bu sahədə xidmət göstərən tibb işçilərinin xarici ölkələrdə müasir texnologiyalarla işləmək vərdişlərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək tapşırılıb.